BMT-yə məxsus helikopter atəşə tutulub

Konqoda BMT-yə məxsus helikopter atəşə tutulub. SİA AFP agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin şərqində baş verib.

Naməlum silahlı şəxslər BMT-nin Konqo Sabitləşdirmə Missiyasının helikopterini atəşə tutub.

İnsident nəticəsində Cənubi Afrika Respublikasından olan bir sülhməramlı ölüb, bir nəfər isə yaralanıb. Helikopteri təyinat nöqtəsinə endirmək mümkün olub.

BMT-nin helikopterinin kim tərəfindən atəşə tutulduğu məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə