Daha bir nüvə reaktorunun fəaliyyəti dayandırıldı

Belçikada 40 ildir fəaliyyət göstərən Tihanqe 2 nüvə reaktoru bu gün həmişəlik bağlanacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın Huy şəhərindəki Tihanqe 2 nüvə reaktorunun fəaliyyəti Avropada enerji böhranına baxmayaraq, bu gün yerli vaxtla saat 23:59-da dayandırılacaq.

Beləliklə, 1983-cü ildə işə başlayan nüvə reaktorunun 40 illik istismardan sonra elektrik şəbəkəsinə qoşulmasına son qoyulacaq.

Belçikada əvvəlki hökumətlərin qəbul etdiyi qərarlar istiqamətində hazırlanan nüvə çıxış qanunu səbəbi ilə bağlanacaq olan Tihanqe Atom Elektrik Stansiyasının 3 reaktorundan biri olan Tihanqe 2 reaktoru illik 1055 meqavat/saat elektrik istehsal gücünə sahib idi.

Belçikada cəmi 7 reaktor, Hollandiya sərhədinə yaxın Doel AES-də 4, Almaniya və Lüksemburq sərhədinə yaxın Tihanqe AES-də 3 reaktor işləyirdi. Bu reaktorlar tərəfindən istehsal olunan elektrik enerjisi adətən ölkənin tələbatının təxminən yarısını ödəyirdi.

Rusiya-Ukrayna müharibəsindən əvvəl Belçika hökuməti 2025-ci ildə atom elektrik stansiyalarının istismardan çıxarılması planını hazırlamışdı.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə