Qadınlar könüllü orduya gedə bilərlər

NATO üzvlüyünə görə hərbi xərcləri üzrə ümumdaxili məhsulunu yüzdə 2-yə çatdırmağa hazırlaşan Danimarkada hərbi personal üçün də yeni tənzimləmə işinə başlanılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Danimarkada qadınlar könüllü olaraq orduya gedə bilərlər. Kişilər isə püşkatma yolu ilə müəyyənləşdikdən sonra hərbi xidmətə çağırılırlar.

Danimarkanın müdafiə naziri və baş nazirin müavini Yakob Ellemann-Jensen TV2 telekanalına müsahibəsində daha çox qadının işə götürülməsinin ordu üçün də faydalı olacağını bildirib. Qadın təşkilatları tərəfindən də dəstəklənən təşəbbüs NATO-nun Danimarkanı “dənizdə və quruda kifayət qədər təhlükəsizlik qüvvələrinə malik olmadığına” görə tənqid edən illik hesabatından sonra irəli sürülüb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə