Tayvanla Çin arasında gərginlik artır

Çinlə suverenlik münaqişəsində olan Tayvan ABŞ-dan 100 ədəd "Sidevinder" tipli qısa mənzilli hava ələ keçirən raketlər alacaq. SİA xəbər verir ki, Müdafiə Nazirliyi ABŞ-dan "AIM-9X Block II" model taktiki Sidevinder raketləri və 78,63 milyon dollar alınmasına dair müqavilə imzalayıb.

2030-cu ilə qədər partiyalar şəklində təhvil verilməsi gözlənilən raketlərin ilk növbədə adanın cənub-şərqindəki Taytunq şəhərindəki hərbi bazaya yerləşdirilməsi planlaşdırılır.

Razılaşma 2022-ci ilin sentyabrında ABŞ prezidenti Co Bayden tərəfindən təsdiqlənən Tayvana 1,1 milyard dollarlıq silah satışının bir hissəsi olacaq.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə