İki dövlət arasında gərginlik yaşanır

Tayvan Çinin ada ətrafında təşkil etdiyi son hərbi təlimləri pisləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlamada bölgədə sülh və sabitliyin həm Tayvan, həm də Çinin məsuliyyətində olduğu qeyd edilib.

Ada ətrafında son hərbi təlimlərin pisləndiyi bəyanatda Tayvanın münaqişələri böyütməyəcəyi və qarşıdurmalara səbəb olmayacağı vurğulanıb, suverenlik və təhlükəsizliyin müdafiə ediləcəyi vurğulanıb.

Tayvan 28 Çin döyüş təyyarəsinin hava hücumundan müdafiə zonasına daxil olduğunu açıqlayıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə