Serbiya Prezidenti orduya "hazır ol" əmri verib

Serbiya prezidenti Aleksandar Vuçiçin orduya və polisə bu gecədən etibarən “hazır ol” əmri verdiyi bildirilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Müdafiə naziri Miloş Vuçeviç bildirib ki, Vuçiç Serbiya ordusuna “ən yüksək döyüş hazırlığında” olmaq göstərişi verib və bu, lazım gələrsə, silahlı qarşıdurma demək ola bilər.

Vuçeviç söyləyib ki, panikaya yer yoxdur: "Ancaq narahatlıq üçün məsələlər var. Belə görünür ki, yalnız Serbiya problemlərin siyasi razılaşma yolu ilə həll olunacağına inanır. Qarşı tərəf (Kosovo) daim təkbaşına hərəkət edir" - dedi.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə