"Bizim medal gözlədiyimiz idmançılarımız çoxdur" - SEKTOR MÜDİRİ AÇIQLADI

"Çox sevindirici bir haldır ki, Azərbaycan tarixində, paraolimpiya həyatında bu cür əyyarlı medallar qazanmaq bizi sevindirmiyə bilməz". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənclər və İdman Nazirliyinin Kütləvi Bədən Tərbiyəsi və Texniki İdman Növləri sektorunun müdiri Aydın Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün paraolimpiyaçılarımızın möhtəşəm 44 günlük zəfər yolumuzun və 30 il həsrətində olduğumuz Qarabağ torpaqlarının azad olunmasından sonra deyərdim ki, ikinci böyük bir qələbəmiz paraolimpiyaçılarımızın göstərdiyi nəticələrdir: "Bildiyiniz kimi paraolimpiyaçılarımız bu yarışlarda 36 idmançı lisenziya qazanmışdı. Onlardan 35 idmançı yarışlara qatılıb və onlardan mən çox təəssüf hissi ilə Ramin Qasımovun bizə düşmən olan Covid xəstəliyinə tutulması onu növbəti medal qazanmasına məhrum etdi. Bir idmançı o nailiyyətləri əldə etmək üçün nə qədər əziyyət və zəhmət çəkib. Sonda qismət belə bir hadisənin baş verməsi onun növbəti nailiyyətindən məhrum etdi. Mən inanıram ki, Ramin Qasımov tezliklə yenidən öz gücünü toplayacaq və gələn yarışlarda uğurlu nəticələr əldə edəcək və öz sözünü deyəcək. Bizə bu idman növlərindən cüdodu, üzgüçülükdü, atletikadı, parataekvandodu, güllə atıcılarımızdı qızıl medal qazandırıblar. Bizə ilk medalımızı bəxş edən ağırlıq qaldırmada Pərvin Məmmədovdu. Çox sevindirici bir haldır ki, açılış demək olar ki, Pərvinlə başladı və sonumuzda inşallah qızıl medalla paraolimpiyaçılarımız yekunlaşdırarlar. Bizim medal gözlədiyimiz idmançılarımız çoxdur. Biz artıq 15 əyyarlı medallarla təltif olunmuşuq bu bizim böyük qələbəmizdir. Onlardan 10-u qızıl medal, 1-i gümüş, 4-ü brünc olmaqla Azərbaycan tarixinə, paraolimpiya həyatına böyük bir qızıl hərflərlə yazıldı. Bundan əlavə olaraq bu olimpiyada da idmançılarımızın 2-ci dünya rekorduna imza atması bizi xalq olaraq çox sevindirdi. Sonda bütün idmançılarımıza, texniki heyyətimizə uğurlar arzulayıram".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə