Olimpiyadada daha bir medal - TOKİO-2020

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb. SİA-nın Beynəlxalq Olimpiya Komitəsinin saytına istinadən verdiyi məlumata görə, para-atletimiz Səid Nəcəfzadə uzunluğa tullanma yarışlarında aktivimizə bürünc medal yazdırıb.

O, 7,03 metrlik nəticə göstərib. Yarışın qalibi isə iranlı Amir Xosravani olub - 7,21 metr.

Digər təmsilçimiz Kamil Əliyev isə bu növ üzrə 6,89 metr nəticə ilə 5-ci olub.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə