“Adana Dəmirspor” klubu baş məşqçisi Samet Aybaba ilə yollarını ayırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tərəflərin qarşılıqlı razılıq əsasında yollarını ayırdığı diqqətə çatdırılıb. Aybabaya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
Aybaba 2021-ci ilin əvvəlindən “Adana Dəmirspor”u çalışdırırdı. O, bu komandanı 26 illik fasilədən sonra Super Liqaya çıxarmışdı. Mövsüm bitəndən sonra, bu ilin may ayında isə Aybaba ilə 2 illik yeni müqavilə imzalanmışdı.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB