"Adana Dəmirspor" baş məşqçi ilə yollarını ayırıb

30 Avqust 2021 21:03 (UTC+04:00)

“Adana Dəmirspor” klubu baş məşqçisi Samet Aybaba ilə yollarını ayırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tərəflərin qarşılıqlı razılıq əsasında yollarını ayırdığı diqqətə çatdırılıb. Aybabaya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Aybaba 2021-ci ilin əvvəlindən “Adana Dəmirspor”u çalışdırırdı. O, bu komandanı 26 illik fasilədən sonra Super Liqaya çıxarmışdı. Mövsüm bitəndən sonra, bu ilin may ayında isə Aybaba ilə 2 illik yeni müqavilə imzalanmışdı.

Ziya Hikmətoğlu