İspaniya nəhəngi təcrübəli qapıçı ilə müqavilə imzalayıb

İspaniyanın son çempionu "Atletiko Madrid" Fransanın "Monako" komandasından təcrübəli qapıçı Benjamin Lekomtu heyətinə qatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi oyunçunu 2 milyon qarşılığında 1 illik icarəyə və gələn mövsüm üçün isə 20 milyonluq transfer haqqı ilə heyətinə qatıb. Tərəflər arasında razılaşma olduqdan sonra klub oyunçu ilə də razılaşaraq müqavilə imzalayıblar.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə