İspaniyanın son çempionu "Atletiko Madrid" Fransanın "Monako" komandasından təcrübəli qapıçı Benjamin Lekomtu heyətinə qatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi oyunçunu 2 milyon qarşılığında 1 illik icarəyə və gələn mövsüm üçün isə 20 milyonluq transfer haqqı ilə heyətinə qatıb. Tərəflər arasında razılaşma olduqdan sonra klub oyunçu ilə də razılaşaraq müqavilə imzalayıblar.
Ziya Hikmətoğlu