İyulun 27-də Yokohamada keçirilən voleybol yarışmasının finalında Yaponiya ABŞ-ı 2:0 məğlub edib. Qalib komandanın oyunçusu Goto Miu gələn həftə doğma şəhəri Nagoyada Bələdiyyə başçısı Kavamura Takaşi tərəfindən qəbul edilib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Səfər zamanı Goto qızıl medalını Kavamuranın boynuna asıb. Bu vaxt Kavamura üz maskasını çıxararaq Gotonun medalını dişləyib.

Sosial mediada yayılan görüntülərə reaksiyadan sonra Kavamura ertəsi gün "uyğun olmayan" hərəkət etdiyini bildirərək üzr istəyib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə