Olimpiada zamanı koronavirusa yoluxma sayı 500-ü ötüb Tokio-2020

Tokio-2020 Yay Olimpiya Oyunları zamanı koronavirusa ümumilikdə 511 yoluxma halı aşkarlanıb.

SİA-nın məlumatına görə, bu barədə Təşkilat Komitəsinin rəsmi saytındakı hesabatda bildirilib.

Son 24 saat ərzində daha 25 nəfərin analiz nəticəsi müsbət çıxıb. Yoluxma sayındakı antirekord avqustun 5-də qeydə alınıb - 31 nəfər.

Qeyd edək ki, Tokio olimpiadası zamanı 650 000-dən çox test yoxlaması aparılıb. Onların cəmi 0,02 faizi müsbət olub.

Bütün xəbərlər Facebook səhifəmizdə