Qadınlar arasında voleybol turnirinin qalibi müəyyənləşib Tokio-2020

Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınlar arasında voleybol yarışına yekun vurulub.

SİA-nın məlumatına görə, finalda Braziliya millisinə 3:0 hesabı ilə qalib gələn ABŞ yığması olimpiadanın qızıl medallarına sahib çıxıb.

Çempion komanda ilk setdə 25:21, ikinci setdə 25:20, üçüncü setdə isə 25:14 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bürünc mükafata Cənubi Koreyanı eyni hesabla məğlub edən Serbiya millisi yiyələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə