Azərbaycan karateçisi finalda Tokio 2020

Tokio 2020 Yay Olimpiya Oyunlarında Azərbaycan karateçisi İrina Zaretskaya qadınlar arasında 61 kiloqramdan yuxarı çəki dərəcəsində yarımfinalda çıxış edib.

SİA-nın məlumatına görə, İ.Zaretskaya yarımfinal görüşündə Çin idmançısı Qon Liyə qalib gələrək finala çıxıb.

Karateçimiz qrup mərhələsində keçirdiyi 4 görüşdən 3-də qalib gələrək 6 xalla qrup lideri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə