ABŞ yığması Olimpiya çempionu olub - TOKİO-2020

ABŞ "Tokio 2020" Olimpiya Oyunlarında kişilərin basketbol finalında Fransanı 87-82 hesabı ilə məğlub edib və ardıcıl 4-cü dəfə Olimpiya qızıl medalını qazanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Tokio-2020" Olimpiya oyunlarında kişilərin basketbol finalında ABŞ Fransanı 87:82 hesabı ilə məğlub edərək ardıcıl 4-cü dəfə Olimpiya qızılını qazanıb.

NBA ulduzlarından ibarət ABŞ, Saitama Arenada oynanan final matçında qrup matçında məğlub olduqları Fransa ilə qarşılaşıb. Durantın ilk hissənin ilk yarısında 12 xalı ilə rəqiblərindən 22:18 üstünlüyü var idi. Soyunma otağına isə ABŞ 44:39 hesabı ilə üstün gedib. Son hissədə isə üstünlüyünü qoruyan ABŞ, matçı 87:82 qazanıb və ardıcıl 4-cü dəfə Olimpiya çempionu olub. Çempionluğu ABŞ -a gətirən ad 29 xal toplayan Kevin Durant olub.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə