Gimnastlarımız üç halqa və iki cüt gürzlərlə hərəkətləri təqdim edib Tokio-2020

Avqustun 7-də Tokio-2020 Yay Olimpiya Oyunları çərçivəsində çoxnövçülük proqramında qrup hərəkətlərində bədii gimnastika üzrə təsnifat yarışları keçirilib.

SİA-nın məlumatına görə, Azərbaycanı yarışda Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina və Nərminə Səmədovadan ibarət komanda təmsil edib.

Azərbaycan komandasının üç halqa və iki cüt gürzlərlə hərəkətlərdə əldə etdiyi nəticə 37.650 xal təşkil edib. Daha əvvəl komanda beş topla hərəkətlərdə çıxış edib (36.700 xal). Azərbaycanın qrup komandasının çoxnövçülük üzrə nəticəsi 74.350 xal (10-cu yer) təşkil edib.

Komandamız 2019-cu ildə Azərbaycanda təşkil edilən bədii gimnastika üzrə Dünya Çempionatında 2020 Tokio Olimpiadasına lisenziya qazandı.

Bütün xəbərlər Facebook səhifəmizdə