“İdmançılarımızın uğurlu nəticələri bizi çox sevindirir” - 2 QAT AVROPA ÇEMPİONU ŞƏRH ETDİ

“İdmançılarımızın uğurlu nəticələri bizi çox sevindirir”. Bu sözləri SİA-ya açıqlamasında Ümid klubunun rəhbəri, kiçik yeniyetmələrdən ibarət milli yığma komandanın baş məşqçisi, 2 qat Avropa Çempionu, Əməkdar idman ustası, 4-cü Dan Qara Kəmər sahibi İlkin Şahbazov deyib.

Onun sözlərinə görə, bütün Azərbaycanın ürəyi orda iştirak edən idmançılarımızladır: “Bütün Azərbaycan Rafael Ağayevin və Hacı Əliyevin və digər idmançılarımızın uğurlarını və onlardan möhtəşəm qələbələr gözləyir və bilirik ki, uğurlu nailiyyətlətrəldə edəcəklər. Mən inanıram ki, Olimpiyada da Rafael karatedə, Hacı da güləşdə öz sözünü deyəcəklər. Onlar qızıl medala layiq idmançılarımızdır. Biz bilirik ki, idmançılarımız dəfələrlə bizim bayrağımızı hər zaman yüksəklərə daşıyıb. Rafael Ağayev karate üzrə 5 qat dünya çempionudur. Hacı Əliyev də güləş üzrə dəfələrlə həm dünya, həm də Avropa çempionu olub. Hər iki idmançımız finala yüksəlmək üçün çox gərgin və ağır döyüşlər keçiriblər. Və inanıram ki, hər iki idmançımız ölkəmizə qızıl medallar gətirəcəklər. Bütün idmançılarımıza uğurlar arzulayıram”.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə