Rafael Ağayev qızıl medalın bir addımlığında

Tokio Olimpiadasında əsas qızıl medal ümidlərimizdən olan karateçi Rafael Ağayev (75 kq) yarımfinala vəsiqə qazanıb. Builki çempionatda pandemiya şəraitinə görə, idmançıların hazırlıqları mükəmməl deyil. Lakin təcrübəli idmançımız Rafael Ağayev inamlı şəkildə irəliləyir. Beşqat dünya və 11 qat Avropa çempionumuz qrupdakı son görüşündə əsas rəqiblərindən olan italiyalı Luisi Busa ilə qarşılaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, karateçimiz bu görüşdə məğlub olsa da (1:3), ilk 3 döyüşdə qazandığı qələbələr sayəsində qrupda 2-ci yeri tutaraq yarımfinala yüksəlib.

Xatırladaq ki, Rafael qrupdakı ilk 3 görüşdə Almaniya təmsilçisi Noa Bitçlə 2:1, Avstraliya idmançısı Çuneari Yaxiroya 5:0, qazaxıstanlı Nurkanat Ajikanova isə 3:2 hesabı ilə qalib gəlmişdi.

Yarımfinala çıxmaqla Rafael özü üçün minimum bürünc medalı təmin edib. Amma karateçimizin hədəfi çempion olmaqdır. Bunun üçün Ağayevə 2 qələbə lazımdır.

Yarımfinal döyüşlərinə Bakı vaxtı ilə təxminən saat 15:22-də start veriləcək.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə