Rəfael Ağayev ilk görüşdə qələbə qazandı Tokio-2020

Tokio-2020 Yay Olimpiya Oyunlarında karate üzrə yarışlar start götürüb.

SİA-nın məlumatına görə, 75 kiloqramadək çəki dərəcəsində azərbaycanlı karateçi Rəfael Ağayev ilk görüşdə almaniyalı rəqibi Nikolas Bitçlə qarşılaşıb.

O, rəqibini 2-1 hesabı ilə üstələyib.

Növbəti görüşlərdə karateçimiz Avstraliya idmançısı Tsuneari Yahiro, Qazaxıstan karateçisi Nurkanat Ajikanov və italiyalı Luici Buza ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə