14 yaşlı çinli qızdan qızıl medal - TOKİO-2020

14 yaşlı çinli qız Quan Honqchan, 2020-ci il Tokio Olimpiya Oyunlarında qadınların platformadan 10 metr məsafəyə tullanma yarışında qızıl medal qazanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Çinin Olimpiadadakı ən gənc idmançısı Quan Honqchan, Tokio Su İdmanı Mərkəzində keçirilən finalda 466.20 xalla qızıl medala sahib olub.

Çinin 15 yaşlı idmançısı Chen Yuxi 425.40 xalla gümüş medala sahib olub. Bürünc medalı 371.40 xalla avstraliyalı Melissa Vu qazanıb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə