Yaponiya 2020 Tokio Olimpiya Oyunlarının 12-ci günündə qadın basketbolunda yarımfinala yüksələn üçüncü komanda olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Saitama Super Arenada" keçirilən dörddəbir final matçında ev sahibi Yaponiya və Belçika üz-üzə gəlib. İlk yarını rəqibindən 42-41 geridə tamamlayan Yaponiya 86-85 hesabı ilə qalib gəlib. Yaponiya ABŞ və Serbiyadan sonra yarımfinala yüksəlib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə