"Qarşıda hələ yarışlarımız davam edir" - EKSKLUZİV AÇIQLAMA

“Əlbəttə ki, Tokio-2020 Olimpiyadasında dünən keçirilən güləş yarışlarında qızıl medal əldə etmək çox istəyərdik”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Kyokuşin Karate Federasiyasının vitse-prezidenti, 6-cı dan qara kəmər ustası Allahverdi Rüstəmov deyib.

Onun sözlərinə görə, Milli komandamızın güləşçisi Rafiq Hüseynovun erməniyə qalib gəlməyi bizim üçün çox qürurverici bir hadisə idi: "Bildiyiniz kimi Tokio-2020 Olimpiyadasında çıxış edən idmançılar oraya lisenziya qazanaraq gəlirlər. Və Rafiq Hüseynovun da dünən erməni idmançıya qalib gələrək brünc medal qazanması, onun orada təsadüf nəticəsində olduğunu göstərmir. Biz əlbəttə xalq olaraq istəyərdik ki, Hüseynov mübarizəsini davam etdirərək qızıl medal alsın amma onun qazandığı brünc medal qızıl medala bərabərdir. Qarşıda hələ yarışlarımız davam edir. Karate idman növündə də qızıl medallar uğrunda da mübarizə aparacaqlar. Karatemizin brilliyantı Rafael Ağayevdən də həm Azərbaycan xalqı olaraq, həm də ümumilikdə bütün türk dünyası adından qızıl medal gözləyirik. Rafael Ağayev bizim fəxrimizdir və hesab edirəm ki, ölkəmizə qızıl medal gətirəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...