ABŞ qadın basketbol komandası yarımfinala yüksəlib -TOKİO-2020

"Tokio-2020" Olimpiya Oyunlarında qadın basketbolu üzrə son 6 Olimpiadanın çempionu ABŞ Avstraliyanı 79:55 məğlub edərək yarımfinala yüksəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Saitama Super Arenada" keçirilən dörddəbir final matçında ABŞ və Avstraliya üz-üzə gəlib.

İlk hissəni 1-ci hissəsində 26:12 hesabı ilə üstün olan ABŞ ilk hissənin sonunda da 48:27 hesabı ilə rəqibini qabaqlayıb. Son dövrədə ABŞ ümumilikdə 79:55 hesabı ilə oyunu qazanıb və yarımfinala yüksəlib.

ABŞ yarımfinalda Avropa çempionu Serbiya ilə qarşılaşacaq.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə