"Qazandığımız qələbənin dadı, ləzzəti bir başqa idi" - EKSKLUZİV AÇIQLAMA

“Azərbaycanlı güləşçi Rafiq Hüseynovun dünən qazandığı bürünc medal sevindirici və qürurverici bir hadisə idi”. Bu sözləri SİA-ya eksklüziv açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli deyib.

Onun sözlərinə görə, güləşçimizin erməni idmançısına qalib gəlməsi 2 qat məsuliyyət idi: "Həm 3-cü yer uğrunda mübarizə aparması Milli komandamızın aktivinə daha bir medal alması, həm də erməni idmançısına qalib gələrək ölkəmizin hərtərəfli onlardan daha üstün olmasını göstərmək idi. Mənim fikrimcə, bizim güləşçimizin qazandığı brünc medal qızıl medala bərabər idi. Ümumiyyətlə Olimpiyada da artıq Milli komandamızın güləş və karate idman növündə yarışları hələ davam edir. Biz orada qalan güləşçilərimizdən və karateçilərimizdən qızıl medal gözləyirik. Dünənki qazandığımız qələbənin dadı, ləzzəti bir başqa idi. Milli komandamıza yarışlarda uğurlar arzulayıram".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə