"İdmançılarımıza sona qədər dəstək olmalıyıq” - SEKTOR MÜDİRİ AÇIQLADI

"Tokio-2020 Olimpiyadasında Milli komandamızda medal qazanmaq üçün idmançılarımızın meydana çıxıb göstərdiyi nəticələr həm bizi sevindir, həm də məyusluq yaradır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənclər və İdman Nazirliyinin Kütləvi Bədən Tərbiyəsi və Texniki İdman Növləri sektorunun müdiri Aydın Məmmədov deyib.

Onun sözlərinə görə, milli komandanın çıxışına əsasən mənim proqnozlarıma görə komandamız uğurlu nailiyyətlər əldə edəcək: “Güləşçilərimizdən medallar gözləyirəm. Bu gündə 2 brünc medal uğrunda güləşcilərimiz Rafiq Hüseynovla, Elis Manalova mübarizə aparacaqlar. Digər yarışlarda da inşallah komandamızdan medallar qazanacayıq. Ümidimizi itirməməliyik sona qədər idmançılarımız mübarizələrini davam etdirirlər və biz də vətəndaşlar olaraq idmançılarımıza sona qədər dəstək olmalıyıq”.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə