Ramil Quliyev yarımfinalda - TOKİO-2020

2020 Tokio Olimpiya Oyunlarının 11-ci günündə Azərbaycan əsilli Türkiyəli idmançı Ramil Quliyev 200 metr məsafəyə qaçışda yarımfinala yüksəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Yaponiyanın paytaxtı Tokioda keçirilən 32-ci Yay Olimpiya Oyunlarında atletika yarışları davam edib. Tokio Olimpiya Stadionunda 200m seçmə yarışlarında 3-cü seriyasında yarışan dünya çempionu Ramil Quliyev 20.54 nəticə ilə 2-ci yeri tutub və nəticəsini gözləmədən adını birbaşa yarımfinala yazıb. 200 metr məsafədə dünya sıralamasında 3-cü olan Ramilin iştirak edəcəyi yarımfinal yarışları bu gün15.50-də başlayacaq.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə