Çin zirvəni tərk etmədi -Tokio-2020

2020 Tokio Olimpiya Oyunlarının 10-cu günü tamamlanarkən, Çin ümumi medal sıralamasında yerini tərk etmədi. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə Yaponiyanın paytaxtı Tokioda keçirilən 32-ci Yay Olimpiya Oyunlarında, günün medal yarışları tamamlanıb. 10-cu gündən sonra Oyunlarda 29 qızıl, 17 gümüş və 16 brünc medal olmaqla cəmi 62 medal ilə Çin sıralamanın zirvəsində yer alıb. ABŞ 22 qızıl, 25 gümüş və 17 bürünc medalla ikinci, ev sahibi Yaponiya 17 qızıl, 6 gümüş və 10 bürünc medalla üçüncü yeri qoruyub.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə