Türkiyəli təmsilçi fransız rəqibinə məğlub oldu

Tokio 2020 Olimpiadasında Cüdo yarışlarında qadınlarda +78 kq-da Türkiyəni təmsil edən Kayra Sayit, fransız rəqibinə məğlub olaraq olimpiadalarda 5-ci olub. SİA-nın Beynəlxalq Olimpiya Komitəsinin saytına istinadən verdiyi məlumata görə, 2016 Rio Yay Olimpiya Oyunlarında da 5-ci olan Kayra Sayit, bu Olimpiyada da ilk görüşündə kamerunlu Vanessa Hortake Mballa Atanganayı "vaza-ari" ilə məğlub edərək 2-ci tura yüksəlib. Sayit ikinci turda ukraynalı Yelezaveta Kalaninanı "ippon"la məğlub edərək dörddə bir finala yüksəlib. Kayra Sayit dörddəbir finalda ipponla Yaponiyanın idmançısı Akira Soneyə məğlub olub və təkrar görüşdə Cənubi koreyalı Mijin Han ilə qarşılaşıb və ippon ilə qalib gələrək bürünc medal görüşünə vəsiqə qazanıb. Bürünc medal uğrunda fransız Romane Dikoya məğlub olan Kayra, Olimpiadaları 2016 Rio-dakı kimi 5-ci yerlə başa vurub.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə