Novak Kokoviç mübarizəni dayandırıb - TOKİO-2020

Novak Kokoviçi mübarizədən kənarlaşdıran almaniyalı Aleksandr Zverev finala yüksəlib. SİA-nın Beynəlxalq Olimpiya Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Tokio Olimpiya Oyunlarının 7-ci günündə dünyanın 1 nömrəli serbiyalı tennisçisi Novak Kokoviçi mübarizədən kənarlaşdıran Alman Alexander Zverev finala yüksəlib. Yarımfinal matçında uzun müddət dünya reytinqində zirvədə yerini qoruyan serbiyalı tennisçi Novak Kokoviç və dünyanın 5 nömrəli almaniyalı Aleksandr Zverevlə üz-üzə gəlib. Kokovic, ilk seti dəqiq bir oyunla 6-1 və 1-0 önə keçirib. İkinci set Zverevin 6-3 üstünlüyü ilə başa çatıb və hesab 1-1 bərabərləşib. Son setdə üstün oyun göstərən Zverev seti 6-1, matçı 2-1 qazanıb və finala yüksəlib. Kişilərin fərdi yarışlarında rusiyalı Karen Xaçanov və almaniyalı Zverev Olimpiya çempionu olmaq üçün mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə