Virusa yoluxanların sayı artıb - TOKİO-2020

Tokio Olimpiadasına akkreditə olunmuş insanlar arasında Covid-19-a tutulanların sayı 220-yə yüksəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təşkilat komitəsi Tokio 2020 çərçivəsində ölkəyə gələn daha 27 insanda Covid-19 aşkarlandığını açıqlayıb. Son 24 saat ərzində virusa yoluxmuş 27 nəfər arasında 3 idmançı, 15 müqavilə işçisi var. Virus daşıyanlar karantinə alınıb. Beləliklə, Tokio Olimpiadasına akkreditə olunmuş virusa yoluxanların sayı 220-yə yüksəlib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...