Tokio Olimpiya Oyunlarının 6-cı günündə kişilər arasında tennis üzrə 3 yarımfinalçı müəyyənləşib. SİA-nın Beynəlxalq Olimpiya Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Novak Kokoviç, Karen Xaçanov və Pablo Karreno Busta yarımfinala yüksəliblər. Yaponiyanın paytaxtı Tokionun ev sahibliyi etdiyi 32-ci Yay Olimpiya Oyunlarında kişilərin tək kateqoriyasında tennisin 3 dörddəbir finalı tamamlanıb. Dünya 1 nömrəli serbiyalı tennisçi Novak Kokoviç, 69 nömrəli yapon oyunçu Kei Nshikori ilə qarşılaşıb. Sürprizlərə yol verməyən Kokoviç, 6-2 və 6-0 setləri ilə matçı qazanıb. Günün ikinci dörddəbir final matçında Rusiya Olimpiya Komitəsindən Karen Xaçanov Fransa təmsilçisi Uqo Humbert ilə qarşılaşıb. 7-6, 4-6 və 6-3 setlərində 2-1 qazanan Xaçanov yarımfinala yüksəlib. Digər dörddəbir finalda dünya 11 nömrəli İspaniyalı tennisçi Pablo Karreno Busta, dünya sıralamasında ikinci sırada iştirak edən rusiyalı tenisçi Daniil Medvedevlə qarşılaşıb. İlk seti 6-2 hesabı ilə asanlıqla qazanan Busta, ikinci seti 7-6 qazanıb və matçı 2-0 qazanıb və yarı finala damğasını vurub. Digər yarımfinalçı isə almaniyalı Alexander Zverev və fransalı Jeremy Kardi arasındakı görüş nəticəsində müəyyənləşəcək.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB