Türkiyəli oxçular növbəti mərhələdə - TOKİO-2020

Türkiyəli oxçular Mete Gazoz və Yasemin Ecem Anagöz Tokio Olimpiya Oyunlarında rəqiblərini tək-tək məğlub edərək son 16 turuna çıxaraq finala ümid etdiklərini bildiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Yaponiyanın paytaxtı Tokioda keçirilən 32-ci Yay Olimpiya Oyunlarında türkiyəli oxatanlar Mete Gazoz və Yasemin Ecem Anagöz ilk dəfə qarışıq komandada yarışıb. Milli idmançılar bürünc medal görüşündə məğlub olaraq bu kateqoriyada dördüncü olub.

Mete və Yasemin daha sonra fərdi klassik yarışda yarışmağa başlayıblar. Yasemin ilk turda kanadalı Stephanie Barrett, ikinci turda çinli Xiaolei Yangı məğlub edərək 1/8 finala vəsiqə qazanıb. İdmançı sabah komandasında Tokio 2020 çempionluğunu qazanan Cənubi koreyalı Chaeyoung Kang ilə qarşılaşacaq.

Mete Gazoz isə ilk turda Lüksemburqlu Jeff Henkelsi, ikinci turda avstraliyalı Rayan Tyakı mübarizədən kənarlaşdıraraq son 16-ya qalıb. Türkiyəli oxatan 31 iyul şənbə günü, 16-cı turda avstraliyalı Taylor Uertlə mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə