Boksçumuz mübarizəni dayandırıb - TOKİO-2020

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb. SİA-nın verdiyi məlumata görə, +91 kq çəkidə yarışan idmançımız 1/8 final qarşılaşmasında özbəkistanlı dünya və üçqat Asiya çempionu Baxodir Jalolovla qarşılaşıb. 0:5 hesabı ilə uduzan Abdullayev mübarizəni dayandırıb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə