Yapon üzgüçü Ohashi qızıl medal qazandı - TOKİO-2020

Yapon idmançısı Yui Ohashi, 2020 Tokio Olimpiya Oyunlarının beşinci günündə üzgüçülükdə qadınlar arasında 200 metr məsafəyə fərdi yarışda qızıl medal qazanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 25 yaşlı Ohashi, Tokio Su İdmanı Mərkəzində təşkil olunan üzgüçülük yarışlarında 200 metr məsafəyə fərdi stil yarışında 2.08.52 nəticə ilə qızıl medal qazanıb. Yarışda ikinci və üçüncü yerləri amerikalı üzgüçülər tutub. Alex Valsh 2.08 65 nəticə ilə gümüş, Kate Douqlass isə 2.09.04 nəticə ilə bürünc qazanıb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə