Azərbaycan güləşçiləri Tokioya yollandı - TOKİO-2020

Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək güləşçilər Yaponiyaya yola düşüblər. SİA-nın verdiyi məlumata görə, sərbəst güləş yarışlarında Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Şərif Şərifov (97 kq), yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq), İslam Abbasov (87 kq), qadın güləşində isə Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) qüvvəsini sınayacaq. Olimpiadada güləş yarışları avqustun 1-də başlayacaq.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə