Türkiyəli taekvondoçu "Tokio 2020" Olimpiadası ilə vidalaşıb - TOKİO-2020
2020-ci il Tokio Olimpiya Oyunlarında 67 kiloda mübarizə aparan türkiyəli taekvondoçu Nur Tatar oyunlarla vidalaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2020 Tokio Olimpiya Oyunlarının 3-cü günündə 67 kq-da mübarizə aparan Türkiyə millisinin taekvondoçusu Nur Tatar, oyunlarla vidalaşıb. Yaponiyanın paytaxtı Tokionun ev sahibliyi etdiyi 32-ci Yay Olimpiya Oyunlarında son 16 turda nigeriyalı Elizabet Oluki Anyanakonuya qalib gələn taekvondoçu 1/4 finala yüksəlib. Bu mərhələdə ABŞ-dan olan Peyge McPerson-a qızıl xalla məğlub olan Nur medal şansını itirib.
London 2012-də gümüş və Rio 2016-da bürünc medal qazanan Nur Tatar, dörddəbir finalda Tokio 2020 ilə vidalaşıb.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB