Medal qazanan idmançıların yaşı gündəmə gəlib - TOKİO-2020

Tokio-2020 Olimpiyadasında ilk dəfə reallaşan skeytbordda qadınlar arasında küçə intizamı yarışında medal qazanan 3 idmançının yaşı günün ən çox danışılan mövzularından biri olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 13 yaşlı yapon Nişiya qızıl, 13 yaşlı braziliyalı Leal gümüş, 16 yaşlı yapon Nakayama bürünc medal qazanıb. Olimpiya oyunlarında ilk dəfə baş verən skeytbord yarışları Ariake İdman Parkında keçirilib. Yarışların sonunda qızıl medal qazanan 13 yaşlı Nişiya, bu kateqoriyada ilk qızıl medalçı olmaqla yeni bir zəmin yaradıb. Gümüş medal qazanan 13 yaşlı braziliyalı Rayssa Leal və 16 yaşlı yapon Funa Nakayama qadın skeytbord bölməsində medal qazanan ilk idmançılar olub və adlarını öz sahələrində tarixə yazdırdıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə