Türkiyəli üzgüçü Tokio-2020 ilə vidalaşıb

Üzgüçülükdə 200 metr məsafəyə fərdi qarışıqda yarışan Viktoriya Zeynep Güneş sıralamada sonuncu yeri tutub və mübarizədən kənarlaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, türkiyəli üzgüçü Viktoria Zeynep Güneş, Tokio Su İdmanları Mərkəzində təşkil edilən yarışda 2.14.41 məsafə ilə yarışı son sırada tamamlayıb. Ümumi sıralamada 22-ci olan və yarımfinal biletini ala bilməyən Viktoriya Zeynep Güneş oyunlarla vidalaşıb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə