Serxio Ramos Madrid "Real"ını tərk edib

Serxio Ramos İspaniyanın “Real” klubunu tərk edib.

SİA-nın məlumatına görə, bunu Madrid təmsilçisi açıqlayıb.

Bildirilib ki, sabah 35 yaşlı müdafiəçi və klubun prezidenti Florentino Peresin iştirakı ilə vida mətbuat konfransı keçiriləcək. Bu isə o deməkdir ki, müqaviləsi başa çatan Ramosla klub arasında yeni anlaşma ilə bağlı razılıq əldə edilməyib.

Qeyd edək ki, Serxio 2005-ci ildən “Real”da forma geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...