“Liverpul” heyətinə yeni futbolçu cəlb edib. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, “Vulverhempton”un yarımmüdafiəçisi Dioqo Jota ilə 5 illik müqavilə imzalanıb.

Portuqaliya yığmasının üzvü üçün 43 milyon avro ödənilib. 23 yaşlı hücumçu yeni komandasında “20” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Jota geridə qalan mövsümdə “Vulverhempton”da 48 oyunda 16 qol vurub, 6 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...