"Bizim üçün hesab qənaətbəxş idi, komandamdan razı qaldım"

"Bizim üçün hesab qənaətbəxş idi. Komandadan razı qaldım. Bəzi şeyləri inkişaf etdirmək olar. Oyunda təzyiq də var idi".

SİA xəbər verir ki, bu sözləri Uels millisinin baş məşqçisi Rayan Giqqz Avro-2020-nin seçmə mərhələsində səfərdə Azərbaycan yığmasına qalib gəldikləri (2:0) oyundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis bildirib ki, bundan əvvəl çətin matçları olub: "Azərbaycan coğrafi baxımdan rahat gələ biləcəyimiz ölkə deyil. Rəqib evdə oynayırdı. Ancaq yaxşı nəticə qazana bildik".

O deyib ki, Azərbaycanla görüş də digər oyunlar kimi çətin keçib. "Bu gün Macarıstan qrupda istirahət edir. Bu növbəti matçda onlara əlavə güc verə bilər. Bu günkü qarşılaşmada bəzi künc zərbələrindən istifafə edə bilmədik, bundan narazıyam".

Giqqz Qaret Beyl və Aaron Remsinin Macarıstanla növbəti oyunda meydana start heyətində çıxa biləcəyini vurğulayıb: "Biz oyunlarda dəyişikliklərin faydalı olmasına çalışırıq. Ona görə də bu gün Remsi start heyətdə yox idi. Ona istirahət verdik".

Bütün xəbərlər Facebook səhifəmizdə