"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 28-ci turunda "Qəbələ"yə qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, matç barədə bunları deyib: "Oyun barədə nə isə eşitməyi siz də istəmirsiniz. Çünki özünüz də yorulmusunuz. Sizə minnətdarıq ki, bizim oyunlarımızı işıqlandırırsınız. Nələri verə bilmədiksə, bağışlayın". S.Abasov bildirib ki, rəqib ehtiyat heyətlə meydana çıxsa da, komandası digər oyunlarda da "Qəbələ"yə başağrı olub:

"Udsaq da, məyusuq. Daha yaxşı pillədə turniri başa vura bilərdik. Bunlar başqa mövzulardır. Təsəllimiz odur ki, futbolçularımız və məşqçi heyətimiz gəncdir"

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...