Bakıda tuneldə qəza baş verib SƏS TV

Bakıda tuneldə yol qəzası olub. Hadisə Yasamal rayonu ərazisində, Abdulvahab Salamzadə küçəsi ilə Ziya Bünyadov prospektini birləşdirən tuneldə baş verib.

Tunellə yüksək sürətlə hərəkətdə olan "Nissan" markalı avtomobilin sürücüsü Əliyev Mərzəlabdin Mirmövsüm oğlu idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb, daha sonra isə zərbənin gücündən aşıb. Avtomobil deformasiyaya uğrasa da, qəza nəticəsində xəsarət alan olmayıb.

Qəza ilə əlaqədar tuneldə nəqliyyat sıxlığı əmələ gəlib. Yol Polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya maksimal sürətin 50 km/saat olduğu tuneldə sürət həddini aşılması səbəb olub. Hadisənin dəqiq səbəbi təyin olunan avtotexniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...