"Qarabağ"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub

"Qarabağ"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub

"Qarabağ"ın UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

SİA-nın məlumatına görə, bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşkatma mərasimində dəqiqləşib.

Ağdam təmsilçisi UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Vestri" komandasına uduzsa, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) - RFS (Litva) duelinin qalibi ilə görüşəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə