Rusiya futbolunda pul çatışmazlığı...

...Moskvanın "Lokomotiv" klubunun sabiq prezidenti Olqa Smorodskaya Rusiya futbolunda qalmaqalların artmasının səbəbini açıqlayıb.

SİA xəbər verir ki, bu barədə "Çempionat" məlumat yayıb. Deməli, xanımın sözlərinə görə, bu, pul çatışmazlığı ilə bağlıdır.

...Ona görə də belə hallar yaranır. Bu, ancaq futbolumuza ziyan vurur, bundan heç bir faydası yoxdur, - Smorodskaya deyib.

Bundan əvvəl “Ximki” və “Çernomorets” Rusiya Premyer Liqasında (RPL) iştirak üçün lisenziya ala bilməyib.

Bundan başqa, məlum olub ki, “Torpedo”nun sahibi Leonid Sobolev və klubun baş direktoru Valeri Skorodumov futbol hakiminə rüşvət verməyə cəhd etdiklərinə görə həbs ediliblər. Bundan əvvəl RPL 2025/2026 mövsümünün təqvimini dərc edib.

İyulun 18-də başlayacaq və mayın 17-də başa çatacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə