Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır

Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə başlayacaq. SİA-nın məlumatına görə, Balabəy Ağayev (60 kq) 1/8 finalda Fathur Rohman (İndoneziya) / Acıtı Dombuu (IJF) cütünün qalibi ilə üz-üzə gələcək.

Yaşar Nəcəfov (66 kq) eyni raundda Tacikistan təmsilçisi Exson Safarzoda ilə qarşılaşacaq.

Turnir Bakı vaxtı ilə saat 10:30-da başlayacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə" turnirinə mayın 4-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə