Çimərlik voleybolu üzrə kişilərdən ibarət Azərbaycan millisi Latviya açıq çempionatında iştirak edib.
SİA xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, yarışda ümumilikdə səkkiz komanda mübarizə aparıb. Ölkəmiz açıq çempionatda iki cütlə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov və Heydər Məmmədli/Nəriman Bayramlı) təmsil olunub. Olimpiya sistemi ilə keçirilən turnirdə Azərbaycan komandası uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Belə ki, Heydər Məmmədli/Nəriman Bayramlı cütü yarışın gümüş medallarına sahib çıxıblar. Digər təmsilçilərimiz isə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) dördüncü yeri tutublar.
Qeyd edək ki, fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək Azərbaycan yığması burada daha bir neçə turnirdə iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə