Ronaldo seçim qarşısında qalıb

“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo gələcəyi üçün üç variantdan birini seçə bilər. SİA xəbər verir ki, bu barədə "TeamTalk" məlumat yayıb.

Bildirilir ki, 39 yaşlı ulduz Ər-Riyad klubu ilə bu ilin iyunun sonunda başa çatacaq müqaviləsini uzada bilər. O, Portuqaliyaya - yetirməsi olduğu "Sportinq"ə mümkün qayıdış haqda da düşünür. Bundan əlavə, Ronaldonun karyerasını bitirmə ehtimalı da var.

Hücumçu 2023-cü ilin yanvarından Səudiyyə klubunda çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 19 oyun keçirib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib. Ronaldo karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə